Devid Bekhemin gəlinin anasının 150 milyon dollarlıq boyunbağısı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl keçmiş ingilis futbolçu Devid Bekhemin oğlu 23 yaşlı Bruklin Bekhem aktrisa Nikola Anne Peltzlə ailə həyatı qurub.
BAKU.WS xəbər verir ki, toydan müəyyən müddət keçməsinə baxmayaraq təmtəraqlı toyun səs-sədası bitmir.
3 milyon funt-sterlinq (6 milyon 638 min AZN) pulun xərcləndiyi məclisdə Anne Peltz 255 000 AZN (təxminən 150 min dollar) dəyərində gəlinliyi ilə xeyli diqqət çəkdi. Hazırda isə təmtəraqlı toyla bağlı daha bir fakt ortaya çıxıb.
Belə ki, gəlinin anası 67 yaşlı Klaudio Peltzin məclisdə taxdığı boyunbağının qiyməti açıqlanıb. Brilliant qaşlarla bəzədilən aksessuarın qiymətinin 150 000 000 dollar (təxminən 255 000 000 AZN) olduğu bildirilib.
Bu haqda "Kim haradan geyinir?" instaqram səhifəsi məlumat yayıb. 94.78 karatlıq boyunbağı bir zamanlar Osmanlı sultanı II Əbdulhəmidə aid olub. 1900-cü illərdə 120 min dollara satılıb.
Aksessuarın 1950-ci ildə Misir Kralı I Faruk tərəfindən satın alındığı, daha sonra bir neçə dəfə başqalarına satıldığı, hazırda kimdə olduğunun gizli saxlanıldığı bildirilib.
Qalereya
Oxşar xəbərlər
Devid Bekhemin gəlini toyunda 150 min dollarlıq gəlinlik geyindi - FOTO
Keçmiş ingilis futbolçu Devid Bekhemin oğlu 23 yaşlı Bruklin Bekhem ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, o, aktrisa Nikola Anne Pelts ilə evlənib. Mediay...