Devid Bekhemin gəlini toyunda 150 min dollarlıq gəlinlik geyindi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Keçmiş ingilis futbolçu Devid Bekhemin oğlu 23 yaşlı Bruklin Bekhem ailə həyatı qurub.
BAKU.WS xəbər verir ki, o, aktrisa Nikola Anne Pelts ilə evlənib.
Mediaya qapalı keçirilən təmtəraqlı toy açıq məkanda baş tutub. Bekhem oğlunun toyu üçün 3 milyon funt-sterlinq (6 milyon 638 min AZN) pul xərcləyib.
Toy mərasimi Anne Peltsin milyonçu atası Nelson Peltsin ABŞ-dakı malikanəsində təşkil edilib.
Annenin bahalı gəlinliyi müzakirələrə səbəb olub. Onun "Maison Valentino" brendinə aid geyiminin qiyməti 255 000 AZN (təxminən 150 min dollar) olub. Bu haqda "Kim haradan geyinir?" instaqram səhifəsi məlumat yayıb.
Bruklinin bəylik kostyumu isə "Dior" brendinə aiddir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı müğənnilərin yeni toy qiymətləri - SİYAHI
Müğənnilərin toy qiymətləri hər zaman insanlara maraqlı olub. Bu mövzu bu günə qədər aktuallığını qoruyub saxlaya bilir. Hazırda hamını karantindən sonra müğənn...