“Darıxsam da” deyən Dilarə Kazımova xəyanətə uğradı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Dilarə Kazımova qarşılıqsız sevgidən bəhs edən musiqi layihəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, estrada ifaçısı söz və musiqisi Sheyh Ree-yə məxsus olan “Darıxsam da” bəstəsini ekranlaşdırmaq qərarına gəlib.
Bunun üçün o, rejissor Nail Naiboğluya müraciət edib. Klip Bakıda lentə alınıb və sənətçi stili üzərində özü çalışıb. Ekran işində Dilarədən əlavə, aktyor Şamo Həsənov da yer alıb.
D. Kazımova mətbuata yaydığı açıqlamada mahnının hekayəsindən də danışıb:
“Mahnı qarşılıqsız sevgidən və eşqin necə əzab gətirdiyindən bəhs edir. Qəhrəmanımın ona xəyanət edən sevgilisinə qarşı güclü hissləri var. Buna baxmayaraq, hələ də sevir və bundan əziyyət çəkir, ancaq onların fərqli olduğunu başa düşür və qəlbi buz bağlayır”.
Sənətçinin fotolarını Kamran Ağayev lentə alıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...