Darçının inanılmaz faydaları – İnsanı gözəlləşdirir

Darçının inanılmaz faydaları – İnsanı gözəlləşdirir
Şou-biznes 4459
Darçın ləzzətli ədviyyat olmaqla yanaşı, sağlamlığa, gözəlliyə də bir çox faydası var. BAKU.WS "axşam.az"a istinadən darçının faydalarını sizlərə təqdim edir:Daha parlaq qızılı saçlarSaçlarınız qızılı rəngdirsə, içinə darçın qatdığınız saç kremini vurub 6-8 saat, ən yaxşısı, bütün gecəni saxlayıb səhər durulayın. Daha canlı və parlaq qızılı saçlar ancaq sizdə olacaq.Təbii dodaq balzamıƏrimiş Hindistan qozu yağının içinə iki çay qaşığı darçın əlavə edib daha gözəl və yumşaq dodaqlar üçün ideal balzam olaraq istifadə edə bilərsiz.Parlaq və təbiilikQış aylarında dərinizin bir az daha canlı görünməsini istəyirsizsə, darçın, Hindistan qozu yağı, düyü nişastası və kakao tozunu qarışdırın. Əlinizə vurub necə göründüyünü yoxlayın. Bir az daha tünd istəyirsizsə, yenə darçın əlavə edin.Göbələk infeksiyasıQadınların sıx rastlaşdığı göbələk infeksiyası ilə mübarizə üçün gündə bir neçə stəkan darçın çayı için.Üz kirşanı üçün darçınParlaq bir üz üçün iki xörək qaşığı darçını 3 xörək qaşığı düyü nişastası ilə qarışdırın və bu qarışımı iri fırça ilə üzünüzə vurun.PilinqŞəkər, darçın və Hindistan qozu yağını qarışdırın. Dərinizə vurub ilıq suyla durulayın.Sızanaq maskasıSızanaqlardan şikayətiniz varsa, balla qarışdırılmış darçını problemli yerlərə çəkin və 15-20 dəqiqə gözləyin. Həftədə bir dəfə edin.Darçın və yulaf əzməsi maskasıYağlı bir dəriniz varsa, yulaf əzməsi, darçın və limon suyunu qarışdırıb üzünüzə vurun. 20 dəqiqə sonra yuyun.BAKU.WS

Oxşar xəbərlər

1 stəkan ilıq su və yarım qaşıq sarıkök - İNANILMAZ NƏTİCƏ

1 stəkan ilıq su və yarım qaşıq sarıkök - İNANILMAZ NƏTİCƏ

Sağlamlığının qayğısına qalan insanlar mütəmadi olaraq xəstəliklərə tutulma riskini azaltmaq üçün illərin sınağından çıxmış təbii xalq təbabəti vasitələrindən i...

7569 Sosial 23:02 24 yanvar 2018

Son xəbərlər