Damla bu paylaşımı ilə tənqid atəşinə tutuldu - FOTO

13
dek
2021
08:08
Müğənni Damlanın sosial şəbəkə hesabındakı paylaşımı tənqid edilib.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, sənətçi qolunu kəsici alətlə kəsərək "Damla" yazan fanatına aid şəkli yayımlayıb. İfaçı pərəstişkarına müraciət edərək, bunları yazıb:
"Damla fanatları, sizi belə görmək istəmirəm. Can Allahın əmanətidir. Belə etməklə məni üzürsünüz. Bu fanatımla mütləq görüşəcəm".
Damlanın sözügedən paylaşımı sosial şəbəkədə yayılaraq tənqid hədəfinə çevrilib. İstifadəçilər bu cür şəklin yayımlanmasını düzgün hesab etməyib.
Damla daha sonra paylaşımını silib.

Oxşar xəbərlər
Tanınmışlar 20 yaşında - FOTO
Son zamanlar “20 yaş challenge”i sosial medianın populyar axınlarından birinə çevrilib. Bir çox yerli və xarici məşhurlar sosial şəbəkə hesablarında 20 yaşında...
