"Cumanji" filminin aktyoru qətlə yetirildi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də tanınmış aktyor Ceyms Hendi qətlə yetirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Los Angeles Times nəşri məlumat yayıb.
Hadisə Los-Ancelesin Tarzana rayonunda baş verib. Polisə zəng edən şəxs bir nəfəri öldürdüyünü bildirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 81 yaşlı Ceyms Hendini evin həyətində bıçaq xəsarətləri almış vəziyyətdə tapıblar.
Aktyor dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı 44 yaşlı Maykl Gledhill saxlanılıb. Məlumata görə, o, polislərə axtardıqları şəxsin özü olduğunu bildirib. İddialara əsasən, saxlanılan şəxs Hendi ilə münasibətdə olan qadının oğludur.
Qeyd edək ki, Ceyms Hendi "Cumanji", "K-9: İt xidməti" və "Top Gun: Maverick" kimi filmlərdəki rolları ilə tanınıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...