Çərşənbə gününün ulduz falı - 3 oktyabr
03
okt
2018
00:01
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WS çərşənbə gününün - 3 oktyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - Məhsuldar gündür. Yalnız özünüzə deyil, sizin üçün dəyərli insanlar üçün də çox faydalı işlər görəcəksiz. Çoxdan bəri marağınızda olduğunuz işlə məşğul olmaq şansı yaranacaq. Gün sərfəli alış-veriş və uğurlu sövdələşmələr vəd edir. Pulla bağlı məsələlərdə intuisiyanız sizi aldatmır. Məhz onun diqtəsi sizə əlinizdə maliyyəni düzgün idarə etməkdə və gəlirləri çoxaltmaqda kömək edir.Buğa - Çox uğurlu gündür. Sizə xeyir gətirəcək yeni tanışlıqlar mümkündür. Başqa insanları çox gözəl başa düşürsüz. İnsanların sizdən gizlətmək istədiklərini anlayırsız. İşgüzar danışıqlar aparmaq, mühüm məsələləri müzakirəsi üçün yaxşı gündür. Nüfuzlu insanın dəstəyindən yararlanmaq və çoxdan düşündüyünüzü reallaşdırmaq şansı əldə edəcəksiz. Son zamanlar mübahisə etdiyiniz insanla münasibətləri düzəldə biləcəksiz. Əkizlər - Çətinlik və anlaşılmazlıq yarana bilər. Hər şey sizin istədiyiniz kimi getməyəcək. Ən yaxşısı tələsməyin. İşdə və evdə fikir ayrılığı istisna deyil, kompromisə getmək asan olmayacaq. Pozitiv tendesiyalar mərhələ ilə güclənəcək, ulduzların dəstəyini hiss edəcəksiz. Maraqlarınızı bölüşən dost və həmkarlarla ünsiyyət üçün yaxşı alınacaq. Köhnə dostlar yada düşəcək, onlarla görüş mümkündür.Xərçəng - Sehrli və sirli gündür. Bu gün həyatınızda baş verənlər məntiqə sığmayacaq. Yaşananları anlamaqda çətinlik çəkəcəksiz. Balıqlar bu gün hər kəsi təəccübləndirəcək. Sadəcə müsbət aurasını görməyi bacaranlar, onların xeyirxah əməllərini də görəcəklər. Narahat olmayın, Xeyir və Şərin mübarizəsi olarsa, nəticə müsbət olacaq. Ailə işlərinə zaman ayıdır. Qohumlarınızın sizə kömək üçün müraciət edəcəyi istisna deyil.Şir - Enerjili, bir az da narahat gündür. Lakin daxili dünyanız təzadlarla doludur. Ürəyinizin səsinə qulaq asın. Yalnız bu yolla rahatlıq tapa biləcəksiz. Günü boş söz-söhbətlərlə məşğul etməyin, işinizə ciddi yanaşın. Ailə qayğıları, məişət problemləri, tələbat və zərurətlər, yaxınlarınızla qarşılıqlı münasibətləri də önə çıxarın. Qız - Bu gün sizin səbr kasanızı daşdırmaq çətin olmayacaq. Başqa gün diqqətinizi çəkməyən hadisə bu gün sizi özünüzdən çıxara bilər. Emosiyalarınızı ələ almağa çalışın və kəskin ifadələr işlədib, özünüzə düşmən qazanmayasız. Ən yaxşısı, fitnes zala və ya hovuza gedin. İdman və su insanı sakitləşdirir.Tərəzi - Uğurlu gündür, əl atdığınız hər işdə bəxtiniz gətirəcək. Lakin sağlamlığınıza diqqət yetirin. Xırda xoşagəlməzliklər kefinizi poza bilər. Qeyri-stabil əhval-ruhiyyə nümayiş etdirəcəksiz. Münasibətlərdə təmkinli olun. Zəif əsəb sisteminiz hər xırda məsələyə qıcıq olmanıza səbəb olacaq. Bu səbəbdən də səs-küylü ortamlardan uzaq olun.Əqrəb - Özünüzdən asılı olmayan səbəblərdən mübahisə və intriqaların mərkəzində ola bilərsiz. Çevrənizdəkilər sizi manipulyasiya etməyə cəhd edəcəklər. Ola bilsiz, sizdən hansısa bir hadisədə iştirak etmənizi istəyəcəklər. Yaxud şayiə və zənndən ibarət məlumatın qarşı tərəfə ötürülməsini xahiş edəcəklər. Ulduzlar bu gün başqasının işlərinə qarışmamağı və uzaq durmağı məsləhət görür. Oxatan - Ünsiyyət və emosiyalar yüksək həddə çatacaq. Yüksək əhval-ruhiyyənin təsiri altında gözlənilməz və inpulsiz addımlar atacaqsız. Yeni tanışlıqlar, əyləncə həvəsi, gözlənilməz qərar - bütün bunlar günün xarakteristikası olacaq. Ulduzlar bu gün başınızı itirməməyi, özünüzü nəzarətdə saxlamağı məsləhət görür. Oğlaq - Çox da uğurlu gün deyil. Lakin günün başlanğıcında uğur qazanmaq şansınız olacaq. Müttəfiqlər və həmfikirlər tapıb çətin işlərin həllinə girişə bilərsiz. Sizə xeyir gətirəcək yeni tanışlıqlar mümkündür. İnsanlarda yaxşı təəssürat yaratmaq həmişə alınmır. Əgər səmimi olsanız bunu edə biləcəksiz. Hansısa məişət problemi üzündən planlarınızı dəyişəmək məcburiyyətində qala bilərsiz.Dolça - Sizi uğurlu gün gözləyir. Çoxdan bəri təkcə sizi deyil, yaxınlarınızın da həllə etməkdə çətinlik çəıkdiyi bir çox məsələlərdə şans üzünüzə güləcək. Məhz belə orijinal məsələlərdə səs-küylü nəticə əldə etmək olur. İnsanlarla ünsiyyət yaxşı alınır, onların simpatiyasını qazanmaq sizə asandır. Bu amil işlərinizdə kömək ola bilər. Nüfuzlu şəxslə tərəfinizə keçəcəklər. Balıqlar - Bu gün çox şey əldə edəcəksiz. Qətiyyətlisiz və çətinliklərdən qorxmursuz, gələcəyə entuziazmla baxırsız. Yoxlanılmamış risklərdən qaçmağa çalışın və öz imkanlarınızı düzgün qiymətləndirin. Ulduzlar sizə qarşı xeyirxah olsa da, indi riskə getməyin zamanı deyil. Yeni müttəfiqlər tapmaq şansı yaranacaq. Siz indi bir çox hadisələrə fərqli rakusdan nəzər salıb, öz səhvlərinizi etiraf etməyi bacarırsız.BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı - 2 oktyabr
BAKU.WS çərşənbə axşamının - 2 oktyabr tarixinin qoroskopunu təqdim edir:Qoç - Uğurlu gündür. Bu gün çox şeylər öyrənmək, çevrənizi genişləndirmək imkanınız ola...