"Çox Gözəl Hərəkətlər"in ulduzu ağır günlər yaşayır – Metin Keçeci küçədə karton yığarkən görüntülənib

Çox Gözəl Hərəkətlərin ulduzu ağır günlər yaşayır – Metin Keçeci küçədə karton yığarkən görüntülənib
Şou-biznes 191

Türkiyədə məşhur "Çox Gözəl Hərəkətlər Bunlar" proqramının tanınmış aktyoru Metin Keçeci maddi çətinliklərlə üzləşib. Bir vaxtlar milyonları güldürən sənətçi bu dəfə küçədə karton topladığı anlarla gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, sosial şəbəkələrdə yayılan görüntülər sənət aləmində böyük səs-küyə səbəb olub. Aktyorun uzun müddətdir heç bir layihədə yer almadığı, keçmişdə icralıq olduğunu və dostlarının ona arxa çevirdiyini söylədiyi bildirilir.

Keçeci bir müddət əvvəl verdiyi müsahibədə "Evimi boşaltmaq məcburiyyətində qaldım, artıq dözə bilmirəm. Bir vaxtlar eyni masada oturduğum dostlarım indi zənglərimə cavab vermir" sözlərini demişdi.

Qeyd edək ki, son vaxtlar TRT 1-də yayımlanan "Vefa Sultan" serialında rol alsa da, aktyorun küçədə karton toplarkən çəkilən yeni görüntüləri sosial mediada həm təəssüf, həm də dəstək mesajları ilə qarşılanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

346 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər