Ciqanın həyat yoldaşının açıq-saçıq gəlinliyi qalmaqal yaratdı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı repçi Ciqan şəxsi həyatı ilə gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, o, həyat yoldaşı Oksana Samoylova ilə toyunun ildönümünü qeyd etmək üçün "sevgililər şəhəri" Parisə yollanıb.
Təmtəraqlı məclisdə 33 yaşlı Oksananın özəl gün üçün seçdiyi açıq-saçıq gəlinlik diqqətlərdən yayınmayıb.
Həmin gündən lentə alınan fotoları Ciqan 5 milyon izləyicisi olan şəxsi instaqram hesabında yayımlayıb. Repçinin həyat yoldaşının libası böyük müzakirələr yaradaraq qalmaqala səbəb olub.
Sosial şəbəkə istifadəçilərinin bir qismi Oksananın açıq-saçıq libasını bəyənsə də böyük əksəriyyəti onu tənqid edib.
Paylaşımın şərh bölümünə "Burada nə sevgi var?", "Oksana, təvazökar ol, niyə nümayiş üçün özünü ortaya qoyursan", "Zövqsüz geyinirsən", "Demək olar ki, çılpaqsınız" kimi sözlər yazıblar.
Qeyd edək ki, Ciqan sonuncu dəfə ailəsi ilə yollandığı Maldiv istirahəti zamanı başına gələn hadisəylə gündəmə gəlib.
Belə ki, ötən ay şəxsi yaxtaları ilə eqzotik istirahət bölgəsinə yollanan cütlük yolda qasırğaya tutulub. Onlar müsahibələri zamanı ölümlə üz-üzə gəldiklərini bildiriblər.
Qalereya
Oxşar xəbərlər
Könül Yusifqızı: "Əsəbisinizsə, sekslə məşğul olun" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aktrisa, aparıcı Könül Yusifqızıdır. - Yeriniz rahatdır?- Bunu izləyənlər görsələr ki, bardaş qurmuşam, deyəcəklər: "Buna bax. Gəli...