Çimnaz Sultanova: "Hürməyə davam edin, sümük atan olar!" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa və müğənni Çimnaz Sultanova qalmaqallı paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında onun şəxsi həyatını müzakirə edənlərə ağır ittihamlar səsləndirib:
"Görürəm ki, son zamanlar hamı "ağıllı" olub. Başqalarının həyatını müzakirə etmək, necə deyərlər, başqalarının həyatına "burun soxmaq" toplum üçün borc olub.
Arxamca danışanlara sözüm: hürməyə davam edin, çünki siz hürdükçə mənə ləzzət eləyir, bəlkə, səsinizi eşidib, qabağınıza sümük atan olar! Ümumiyyətlə, çoxlu qüsurları olan insanlar bu qüsurları ilk növbədə başqalarında görürlər. Bu mahnımı sizlərə bəxş edib soruşuram: "Sən kimsən, həyatıma qarışırsan? Sən kimsən, dalımca danışırsan? Sən kimsən, instaqramda rəy yazırsan? Sən kimsən ki? Mənə həsəd etdikdə sevirəm. Bu o deməkdir ki, mənimlə maraqlanırlar. Ancaq hər şeyin öz həddi var!"
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...