Cem Yılmaz azadlıqdan məhrum edilə bilər (FOTO)
Tanınmış komediya ustası Cem Yılmaz 2 il müddətinə azadlıqdan məhrum edilə bilər.
BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, aktyor Halil Serkan Öz adlı müəllimin ölümü haqda yazdığı tvitlərdə Yalova valisi Selim Cebiroğlunu təhqir etdiyi iddia edilir. Vali vəkili vasitəsilə şikayət ərizəsi verib:
"Yürüş keçirilib və buna müəllim öz istəyi ilə qatılıb. Yürüş vaxtı halı pisləşib və vəfat edib. Bunu eşidincə kədərləndim. Ölümü ilə məktəb rəhbərliyi arasında əlaqə qurulmasını eşidincə məyus oldum"
Cem Yılmaz isə cavabında təhqir etmədiyini bildirib:
"Bütün TV və qəzetlərdə müəllimin vali tərəfindən sərt tənqid olunmasından sonra vəfat etdiyi yazılıb. Sadə vətəndaş kimi bu hadisədən təsirlənib tənqid etmək hüuqumdan istifadə etmişəm".
BAKU.WS
Oxşar xəbərlər
Cem Yılmazın yeni filmi bu gündən Bakının kinoteatrlarında
Dekabrın 10–dan Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan "Əli baba və 7 cücə” bədii filminin nümayişinə başlanılıb. Mərkəzin mətbuat xidmətindən BAKU.WS-ə...