Cavanşir Məmmədovun evini saraya bənzətdilər - VİDEO

Cavanşir Məmmədovun evini saraya bənzətdilər - VİDEO
Video
Şou-biznes 3949

Əməkdar artist Cavanşir Məmmədov "Səni axtarıram" verilişinin virtual qonağı olub.

BAKU.WS xəbər verir ki, ifaçının evindən görüntülü bağlantı monitorda nümayiş olunarkən verilişin ekspertlərindən biri evi saraya bənzədib.

Xoşqədəm Hidayətqızı "Saray deyil, öz evidir" deyərək saraya bənzəyən evin Cavanşir Məmmədovun öz evi olduğunu deyib.

Aparıcı ifaçıdan evini göstərməsini istəsə də, razılaşmayıb:

"Yox, evi göstərmək lazım deyil. Mənim su dükanım belə yoxdur, qazancım elə budur. Mən bu evi sənətimlə, alın tərimlə tikdirmişəm. Belə saraylar çoxunda var. Lökbatandan bu tərəfə Nərimanovda, Yasamalda, Sulutəpədə villaları göstərin. Evimi göstərməyin, tərəfdarı deyiləm. 46 ildə qazancım bu olub. Sənətimlə, alın tərimlə qazanmışam".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər