Camala Ukrayna üçün 67 milyon topladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Avroviziya qalibi Camala Rusiya-Ukrayna müharibəsi başlayan gün ölkəsini tərk edib.
BAKU.WS xəbər verir ki, hazırda iki azyaşlı övladı ilə Türkiyəyə sığınan ifaçı Almaniyada keçirilən "Avroviziya 2022" milli seçim turlarında mahnı oxuyub. Bununla da o, Rusiya işğalına məruz qalan ölkəsinə dəstək olub.
Camala buradakı çıxışından sonra 67 milyon avro (təxminən 125 milyon 913 min AZN) vəsait yığıb. Camala müsahibəsi zamanı hər kəsi bu müharibəsni dayandırmağa çağırıb. "Biz Avropa ölkələri ilə eyni qayıqdayıq" deyən sənətçi xüsusilə Avropa ölkələrindən Ukraynaya dəstəklərini əsirgəməmələrini xahiş edib.
Qeyd edək ki, Camala 2016-cı ildə Ukraynananı Avroviziyada təmsil edərək ölkəsinə birincilik gətirib.
Oxşar xəbərlər
“Avroviziya” qalibi iki uşağı ilə Rumıniyaya sığındı - FOTO
2016-cı ildə qatıldığı “Avroviziya” müsabiqəsində Ukraynaya birincilik gətirən Camala Rumıniyaya sığınıb. BAKU.WS xəbər verir ki, sənətçi iki azyaşlı övladı ilə...