"Bunu alıb Bakıya gətirəndə binaya baxıb soruşurdu ki, bu nədir" - Tacirin xanımı efirdə - VİDEO

21
sen
2019
13:24
Müğənni Tacir Şahmalıoğlu həyat yoldaşı Kəmalə xanımla birlikdə ATV-nin "Zaurla Günaydın" proqramının qonağı olub.BAKU.WS xəbər verir ki, müğənni verilişdə məzəli söhbətləri ilə yadda qalıb.İfaçı xanımının kənd qızı olduğunu və Bakıya gələrkən qarşılaşdığı çətinliklərdən danışarkən zarafat edib:"Həyat yoldaşım bibimin nəvəsidir. Mən bunu alıb Bakıya gətirəndə çox şeyi bilmirdi. Binaya belə baxıb soruşurdu ki, bu nədi belə. Deyirdim ki, binadır, içində adamlar yaşayır. Qardaş, indi mənə olduğu yeri telefonda konum atır ki, gəl. Ora qədər böyüyüb ee. Mənim işim çətinləşib".Kəmalə xanım həyat yoldaşının bu zarafatını cavabsız qoymayıb: "Sən 17 yaşında uşaqı alıb gətirmişdi".Tacirin bu sözləri hər kəsi güldürüb.Sözügedən görüntüləri təqdim edirik:Aysel
Oxşar xəbərlər
54 yaşlı Tacir Şahmalıoğlu yeni doğulan sonbeşiyi ilə - VİDEO
54 yaşında üçüncü dəfə ata olan müğənni Tacir Şahmalıoğlu sonbeşiyi ilə video paylaşıb.BAKU.WS xəbər verir ki, ifaçı hamamda çəkilən görüntülərdə 2 aylıq oğlunu...
