Bu türkiyəli məşhurlar Bakıya gələcəklər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli məşhurlar "Bakı Türk Filmlər Həftəsi" ilə əlaqədar ölkəmizə qonaq gəlirlər.
BAKU.WS xəbər verir ki, aktrisalar İpek Tuzcuoğlu, Didem Balçın, aktyorlar İlker Aksum, Umut Karadağ, rejissorlar Mustafa Kara, Mehmet Altınal və Galip Günel Nizami Kino Mərkəzində baş tutacaq "Bakı Türk Filmlər Həftəsi"ndə iştirak edəcəklər.
"Bakı Türk Filmlər Həftəsi" Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi və Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə dekabrın 17-21-də baş tutacaq.
Açılış dekabrın 17-də rejissor Semih Kaplanoğlunun “Bağlılıq Hasan” filmi ilə olacaq.
Dekabrın 19-da isə Nizami Kino Mərkəzində Semih Kaplanoğlunun master-klassı keçiriləcək və o, sektorun nümayəndələri ilə görüşəcək.
"Bakı Türk Filmləri Həftəsi"nin keçirilməsində məqsəd türk filmlərini Azərbaycan kinosevərləri ilə bir araya gətirmək, Türkiyə-Azərbaycan kino sektorunun nümayəndələrini bir araya gətirmək, ortaq işlər görmək, Türkiyənin kino təcrübəsini Azərbaycana ötürmək, rejissorlar, aktyorlar və ssenaristlər arasında əlaqələr yaratmaq və iki ölkənin mədəniyyət sənayesinə töhfə verməkdir.
Dekabrın 17-21-də “Bağlılıq Həsən”, “7-ci Koğuşda Möcüzə”, “Yaxşı ki varsan, Eren”, “Sədaqət-Müqəddəs Dava”, “Eşqin Ömrü”, “Ankara Yayı”, “Vida məktubu” və “Rafadan Tayfa-Göbeklitepe” filmləri pulsuz nümayiş olunacaq.
Qeyd edək ki, Umut Karadağ və Didem Balçın "Kuruluş Osman" serialı, İlker Aksum "Yabancı Damat", İpek Tuzcuoğlu isə "Asmalı konak" serialı ilə məşhurlaşıb.
Qalereya
Oxşar xəbərlər
Gəlirləri ilə hər kəsi ŞOKA SALAN MƏŞHURLAR - 200 MİN - 100 MİLYON DOLLAR - FOTO/SİYAHI
Dünyaca məşhur aktyorların filmlərdən və seriallardan əldə etdiyi qonorarlar açıqlanıb. BAKU.WS xəbər verir ki, siyahıya Hollivud ulduzu Tom Kruz liderlik edir....