Bu qidalar sizi tez qocaldır - SİYAHI
26
noy
2017
13:40
Sağlam qidalanmaq orqanizm üçün xeyirlidir. Bununla siz təkcə formada qalmağı bacarmır, eyni zamanda cavanlaşırsınız da. Amma bəzi qidalar var ki, onlar insanı tez qocaldır.BAKU.WS axşam.az-a istinadən insanı tez qocaldan qidaları təqdim edir:Həm yağlı, həm də ziyan - qızartmaƏt və tərəvəzləri qızardaraq yemək kökəlməyinizə, bədəninizin sallanmasına, dərinizin çirkli görünməsinə, qocalmasına gətirib çıxaracaq. Mədənin düşməni qəhvəHazır satılan qarışıq qəhvənin tərkibində orqanizm üçün ziyan olan maddələr mövcuddur. Bu da mədə xorası yaradır. Buna görə də çalışın təbii qəhvə alıb dəmləyin. Bütün xəstəliklərin səbəbi - şəkərTərkibində şəkər olan içkilər və qidalar bədəndəki proteyni yox edir. Dərini gözəlləşdirən, bədəni möhkəm saxlayan proteyn məhv olanda qocalma başlayır.Xəmir xörəkləriBu cür qidalar orqanizmi qocaldan ilkin vasitədir. Xəmir xörəklərinin tərkibində karbohidratlar var ki, bu da orqanizmə ziyandır. Marqarin yağlarıOnun tərkibində təbii maddələr olmadığı üçün həzm olunmur. Bu da orqanizmdə yağın yığılmasına gətirib çıxarır. Şəkərli tərəvəzlərBütün tərəvəzlər sağlam və faydalı deyil. Kök, qarğıdalı vitamin üçün yeyilə bilər. Amma həddindən çox yeyildikdə orqanizm üçün ziyandır. Bu tərəvəzlər insanı kökəldir. Qazlı sularTez-tez istifadə edildikdə, aludəçilik yaradır. Tərkibində ziyanlı maddələr və şəkər var. Onun tərkibində olan maddələr bədəndəki kalsiumu məhv edir.BAKU.WS
Oxşar xəbərlər
Sevindik Arazov: Qidalanmanın üç qızıl qaydası var, onlara əməl etmək lazımdır
İnsanları sağlamlıqları ilə bağlı narahat edən problemlərdən biri də həzmlə bağlıdır. Yediyimiz qidaların, içdiyimiz içkilərin keyfiyyəti ilə bağlı məsələlər bi...