Bu qan qrupu olan insanlar digər qan qrupu olan insanları virusa yoluxdururlar - ALİMLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın Kent Universitetinin alimləri qan qruplarının fərqini koronavirusa yoluxma ehtimalı ilə əlaqələndiriblər. Onlar I qan qrupu olan insanların koronavirusun yayılmasına daha çox meyilli olduğunu öyrəniblər.
BAKU.WS-in Trend-ə istinadən məlumatına görə, bu barədə "Epidemics" jurnalında qeyd olunub.
Tədqiqatın nəticələrinə görə, universal donor sayılan I qan qrupu olan insanların yoluxma ehtimalı azdır, lakin onlar hər hansı digər qan qrupu olan insanları virusa yoluxdura bilərlər.
Britaniyalı alimlərin gəldiyi nəticələrdən biri də odur ki, əhali arasında müxtəlif qan qruplarına malik ölkələrdə koronavirusun yayılmasına təbii maneələr olacaq. Bundan əlavə, alimlər peyvənd üçün hər hansı bir qan qrupuna üstünlük verilməsinin təsadüfi seçimdən daha pis olduğunu deyiblər.
Oxşar xəbərlər
Azərbaycanlı alim: “Ölümün və xərçəngin qarşısını alacağıq”
Mükəmməl təhsil almaq, elmdə öz yerini qazanmaq və insanlığa töhfə vermək üçün Allahverdi Şahverənov da Azərbaycanda orta və ali təhsil aldıqdan sonra uzaq Çinə...