Daha bir övladı Bred Pittin soyadından imtina etdi
31
may
2024
13:34
Aktyorlar Ancelina Coli və Bred Pittin qızı Şilo 18 yaşında atasının soyadından imtina etmək üçün sənədlər təqdim edib.
BAKU.WS xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Qeyd edilib ki, Şilo mayın 27-də ad dəyişmə prosesinə başlayıb və indi Coli soyadını almağı planlaşdırır.
Xatırladaq ki, Ancelina Colinin 15 yaşlı qızı Vivienne və 19 yaşlı qızı Zahara da buna bənzər addım ataraq atası Bredin soyadından imtina etmişdi.
Ancelina və Bred 2019-cu ildə rəsmi olaraq boşanıblar.
Qeyd edək ki, onlar 2005-ci ildə "Mister və Missis Smit" filminin çəkilişində tanış olublar.
Oxşar xəbərlər
Bred Colinin ittihamlarına cavab verdi
Hollivud ulduzları Bred Pittlə Ancelina Coli arasındakı qalmaqal bitmək bilmir. Boşanmalarından 8 il keçən aktyorlar illərdir məhkəmələrdə qalıb. Bu dəfə isə Co...