Bu məşhurlar ailə qalmaqalları ilə tez-tez gündəmə gəlirlər
Son illərdə məşhurların şəxsi həyatı, xüsusilə ailə və sevgi münasibətləri, işlərindən daha çox diqqət çəkir. Dünyaca məşhur ulduzlar təkcə işləri ilə deyil, münasibətlərindəki gərginlik və ayrılıqlar ilə də gündəmə gəlirlər.
BAKU.WS xəbər verir ki, bu dünya ulduzları arasında Nikol Kidman və Kit Urban, Emi Şumer və Kris Fişer, Tom Kruz və Ana de Armas kimi cütlüklərin yollarını ayırması media və pərəstişkarlar tərəfindən geniş müzakirə olunub. Həmçinin, Hindistan və Filipin ulduzları Sam Milbi və Katriona Qrey, Yuzvendra Çahal və Dhanashree Verma da ayrılıq xəbərləri ilə diqqət çəkib.
Türkiyədə də məşhurların şəxsi həyatı daim media diqqətindədir. Hande Erçel və Hakan Sabancı, Özge Yağız və Burak Berkay Akgül, Ekin‑Su Cülcüloğlu və Körtis Pritçard kimi məşhur cütlüklər münasibətlərini bitirib. Bundan əlavə, Pelin Akil və Anıl Altan, Afra Saraçoğlu və Mert Ramazan Demir, Cemre Baysel və Aytaç Şaşmaz kimi ulduzların əlaqələri də mediada geniş işıqlandırılıb.
Ekspertlər bildirirlər ki, məşhurların şəxsi həyatı ictimai maraqla izlənildiyi üçün bu cür xəbərlər sosial media və xəbər portallarında tez yayılır. Ayrılıqlar və ailə skandalları yalnız pərəstişkarların deyil, həm də geniş ictimaiyyətin diqqət mərkəzində qalır.
Oxşar xəbərlər
Nigar Camal "Barbie"ni təqdim etdi
"Avroviziya" qalibimiz Nigar Camal yeni mahnısı "Barbie"ni təqdim edib. BAKU.WS xəbər verir ki, sözləri Xətali Əli, Clavis və OGB-yə, musiqisi isə Kazım Cana mə...