Bu gün pulunuz qurtara bilər
BAKU.WS bu günün ulduz falını təqdim edir:
Qoç - əməkdaşlıq etdiyiniz insanlarla təmaslar qəflətən sərinləyə bilər. Soyuq yellərin əsdiyi istiqaməti müəyyənləşdirsəniz, pis olmaz. Peşəkar fəaliyyət sahəsində problemlər yaranacaq. Çətinliklər ciddi deyil. Amma onların dəf olunması xeyli vaxt alacaq. Günün ikinci yarısında emosiyaların təsiri altında hərəkət etməyin. Sakitləşin, hisslərinizi ayırd edin, situasiyanı dəyərləndirin. Maliyyə itkiləri, mühüm sənədin yaddan çıxarılması mümkün olaydır. İlkin hisslərə aldanmayın. Soyuqqanlı olun, yaxın gələcəklə bağlı planları müəyyənləşdirin. Kritik vəziyyətlərdə təmkinli davranan insan təki tanınan adamın məsləhətlərinə qulaq asın. Buğa - Günün ilk yarısı xoş keçəcək. Komfort ritmə riayət edərək harasa gecikməyəcəyinizi, hansısa işi görməyə ehtiyac yaranmayacağını düşünməyin. Aktiv olun, bu günün işini sabaha saxlamayın. Maraqlı görüşlər istisna deyil. Bundan sonrakı yaşamınıza təsir edə biləcək insanla qarşılaşa bilərsiniz. Dəvət aldığınız yerə günün ikinci yarısında yollanın. Axşam saatları dəyər verdiyiniz insanlarla, uzaqdan gəlmiş qonaqlarla ünsiyyət üçün əlverişlidir. Əkizlər - Peşəkar fəaliyyətiniz ünsiyyətlə bağlıdırsa, əlverişli zamandır. Problemlər olmayacaq. İmiclə eksperimentləri unutmayın. Zövqsüz fərd təsiri bağışlamayın. Qəlizləşən situasiyadan çıxış yolu tapmaq üçün orijinal, cəsarətli variantı seçə bilərsiniz. Günün ikinci yarısında xoşagəlməz, abırsız insanla danışmalı olacaqsınız. Bu mükaliməni tezliklə unutmağa çalışın. Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında yaxşı istirahət edin. Xərçəng - Rəvan olmayan, emosiyaların tarıma çəkiləcəyi zamandır. Adi günlərdən fərqli olaraq əhvalınızın sürətlə dəyişməsi, hissli və həyəcanlı şəraitin yaranması, səbr kasasının dolması istisna deyil. Nikbinliyi unudaraq bədbinliyə sürüklənməyin. Sizə mənəvi dəstək verməklə yanaşı, praktiki yardım edəcək insanlar var. Günün ikinci yarısında planlaşdırılmamış səfər, uzağa səyahət ehtimalı mövcuddur. Maraqlı görüş, yeni tanışlıq da ola bilər. Peşəkar fəaliyyət müstəvisinə uzunmüddətli planlar qurmayın. Alacağınız məlumat planlara dəyişiklikləri labüd edir. Şir - Hər şeyi atıb dünyanın o başına getmək, canınızı boğaza yığmış şəraitdən və insanlardan qurtulmaq istəyirsiniz. Di gəl, bir qədər əvvəl verilmiş vədləri yerinə yetirmək, öhdəlikləri icra etmək gərəkdir. Hərdəmxəyal olmayın, yaxın gələcəyi düşünün. Ciddi problemlərlə üzləşməmək üçün təmkini unutmayın. Günün ikinci yarısı birgə layihələrin reallaşdırılması, ümumi məqsədə çatmaq üçün səylərin birləşdirilməsi üçün əlverişli deyil. Ən yaxşı ideyanın müzakirəsini ixtilaf, mübahisə, münasibətlərin aydınlaşdırılması korlaya bilər. Qız - Gərgin, mürəkkəb zamandır. Tələskənlik və vurnuxma şəraitində özünüzü naqolay hiss etməyiniz təəccüblü deyil. Mənfi emosiyaların təsiri altına düşməyin. Bütün diqqəti işlərə yönəldin. Diqqətsizlik sonra nəticələri çox pis olacaq səhvlərə rəvac verə bilər. Adi günlərlə müqayisədə daha çox yanlışlıqlara yol verməyin. Günün ikinci yarısında prosesləri idarə etməyə çalışın. Əzmli, məntiqli olun. Ən başlıcası isə ağır situasiyada soyuqqanlı olun. Maliyyə itkiləri, mənasız xərclər da mümkündür. Sövdələşmələr, alış-veriş zamanı deyil. Səyahət və ya səfəri təxirə salın. Tərəzi - Günün ilk yarısında emosional fon həddən artıq əlverişlidir. Situasiyadan istifadə edərək son vaxtlar sizi narahat edən problemləri həll edə bilərsiniz. Çözüm prosesinə yenidən baxın, fərqli variantlar, alternativ yollar arayın. Günün ikinci yarısı ünsiyyət və yeni tanışlıqlar üçün münasibdir. Bütün diqqəti işlərə yönəldərək ətrafdakı insanların dediklərinə çox qulaq asmayın. Nəyi nə zaman, necə etmək gərəkdiyini hər halda siz onlardan yaxşı bilirsiniz. Bədbinliyə qapılmayın. Ruhdan düşsəniz, ən adi, rutin işlərdə belə, ciddi çətinliklər yarana bilər. Əqrəb - Günün ilk yarısında ciddi problemlər yarana bilər. Onların həlli ilə ciddi şəkildə məşğul olun. Vaxtınızı mənasız işlərə həsr etməyin. İşgüzar tərəfdaşlar və müttəfiqlərlə cari məsələləri müzakirə edərkən emosional olmayın. Planları reallaşdırmağa başlayanda effektiv fəaliyyət göstərin. Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar istisna deyil. Liderlik məziyyətlərinizi nümayiş etdirin. Sizə inanan insanların etimadını doğrultmağa çalışın. Səfər və ya səyahət pis alınmayacaq. Şəxsi münasibətlərdə təşəbbüskar olun. İradəli olsanız, çoxdankı arzulardan birini çin edə bilərsiniz. Gəlirin məbləği böyük olmasa da, pullar karınıza gələcək. Alış-verişdə simiclik etməyin. Oxatan - Rəvan olmayan, narahat gündür. Qələbələrlə bahəm, uğursuzluqlar da olacaq. Əhvalınız sürətlə dəyişə bilər. Mühafizəkarlarla dil tapmaq asan deyil. Onlar qayda və ənənələrə riayət etməyi hər şeydən üstün tuturlar. Öz yolunuzu arayın. Bəzi qaydaları pozmağa tələsməyin. Günün ikinci yarısında işdə kiçik anlaşılmazlıqlar ola bilər. Kənardan təsirlərə və subyektiv maneələrə rəğmən dayanmayın. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Bu gün başlanacaq əməkdaşlığın yaxşı perspektivləri var. Məhsuldar işləyin. Bilik və bacarıqlarınızı, nəhayət ki, etiraf edəcəklər. Axşam saatlarını sevdiyiniz insana həsr edin. Oğlaq - Tələskənliyə yol verməyin. Yaxın ətrafınızdakı insanlar sizi sərt tənqid etsələr də, yolunuzdan geri dönməyin. Qətiyyətli və iradəli olun. Effektiv taktika seçin. Başladığınız işi bitirin. Günün ikinci yarısında yaranan problemlərin çözümünü ertələməyin. Əks təqdirdə situasiya daha da ağırlaşa bilər. Yardım və məsləhət istəməyə müvafiq şəxsi tapa bilməyəcəksiniz. Alış-verişdə çox pul xərcləməyin. Maliyyə fonu uğurlu deyil. Məişət texnikası sıradan çıxa bilər. Dolça - Günün ilk yarısında qarşınıza çıxan bütün sədləri dəf edə bilərsiniz. İşlər çox olsa da, yorğunluq hiss etməyəcəksiniz. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Yaxın ətrafınızdakı insanlar sizdən geridə qalacaqlar. Aqressiv olmayan, zəiflərə sinirlənməyin. Yardıma ehtiyac yaranarsa, onlara kömək edin. Günün ikinci yarısında görüləcək işlərə görə pulu bir qədər sonra alacaqsınız. İşdə rəhbərliklə, kommersiya fəaliyyətinizdə nüfuzlu insanla qarşılıqlı anlaşmaya nail ola bilərsiniz. Yaxınlarınızla dil tapın, mübahisələr etməyin. İşgüzar əməkdaşlığa başlamaq olar. Tərəddüd etməyin. Balıqlar - İşlər və həllini tələb edən məsələlər çoxdur. Qüvvənizi dürüst paylaşdırın. İntuisiyanızın səsini dinləyin. O, sizə nə etməyin gərəkdiyini deyəcək. İşgüzar danışıqlar üçün əlverişli zamandır. Uzunmüddətli əməkdaşlıq və ya iş yerinin dəyişdirilməsi ilə bağlı məqamları müzakirə etmək olar. Bilik və bacarıqların əldə olunması üçün münasib zamandır. Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. Bəzi planlardan imtina etməlisiniz. Axşam saatlarında evdə qalın, qüvvənizi bərpa edin, profilaktiki işlərlə məşğul olun. Darıxmağa vaxtınız qalmayacaq. Qeyri-adi və maraqlı məşğuliyyət tapa bilərsiniz. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı: Bu gün böyük dəyişiklik olacaq
BAKU.WS bu günün ulduz falını təqdim edir: Qoç - Əməkdaşlıq etdiyiniz insanlarla təmaslar qəflətən sərinləyə bilər. Soyuq yellərin əsdiyi istiqaməti müəyyənləş...