Bu gün Ay Yerə yaxınlaşacaq: Bizi nə gözləyir?

Bu gün Ay Yerə yaxınlaşacaq: Bizi nə gözləyir?
Şou-biznes 3111
Bu gün Ayın Yerə yaxınlaşması hadisəsi baş verəcək.BAKU.WS-in bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovdan aldığımız məlumata görə, həmin vaxt Ayla Yer arasında məsafə 369 min kilometr olacaq.Rəsədxananın direktoru Namiq Cəlilovun BAKU.WS-ə verdiyi məlumata görə, bu gün Ayın Yerə yaxınlaşmasının insan orqanizmi üçün heç bir ciddi təsiri yoxdur.“Bu yaxınlaşma adi hallardan biridir. Hadisə bir ildən bir təkrarlanır”, - deyə N.Cəlilov bildirib.Onun sözlərinə görə, Ayın Yerə ən yaxın məsafədə yaxınlaşması (“Super Ay”) isə 2018-ci il yanvarın 2-də baş verəcək. Bu zaman Ayla Yer arasında məsafə 356 min 550 kilometr olacaq.Alim “Super Ay” hadisələrinin indiyə qədər bir neçə dəfə baş verdiyini və heç bir təhlükənin qeydə alınmadığını deyib.BAKU.WS

Oxşar xəbərlər

Bakıda insanları təşvişə salan kütləvi xəbərdarlıqla bağlı RƏSMİ AÇIQLAMA

Bakıda insanları təşvişə salan kütləvi xəbərdarlıqla bağlı RƏSMİ AÇIQLAMA

Son iki gündür ki, sosial şəbəkələrdə Yer kürəsində güclü geomaqnit qasırğa olacağı ilə bağlı məlumatlar yayılır. BAKU.WS-in məlumatına görə, sürətlə yayılan me...

6377 Sosial 12:24 06 sentyabr 2017

Son xəbərlər