Bu gün Acun Ilıcalının toyudur - O, 30 yaş kiçik sevgilisi ilə evlənir
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün türkiyəli iş adamı Acun Ilıcalının toyudur.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o Ayça Çağla Altunkaya ilə ailə qurur. Toy bu axşam Esma Sultan Yalısında keçiriləcək.
Bir neçə gün əvvəl cütlük toy dəvətnaməsinin görüntüsün paylaşıb. Sadəliyi ilə diqqət çəkən dəvətnamədə qonaqlardan qara paltar geyinilməsi tələbinin qeyd edilməsi də müzakirələrə səbəb olub.
Qonaqlara isə "Xahiş edirəm, sosial şəbəkələrdən istifadə etməyin"- deyə müraciət də edilib.
Cütlüyün özəl günündə dünyaca məşhur Keinemusik"in DJ"i &me iştirak edəcək.
Xatırladaq ki, Acun Ilıcalı ilk dəfə 19 yaşında olarkən Seda Başbuğla evlənib. İkinci dəfə Zeynep Ilıcalı ilə 2003-cü ildə evlənib. 2017-ci ildə isə Şeyma Subaşı ilə evlənib. İş adamı 4-cü evliliyini Ayça Çağla Altunkaya ilə edəcək.
Ayça Nişantaşı Universitetinin Tibb bacısı ixtiasasını bitirib. O 1999-cu ildə dünyaya gəlib. Cütlük arasında 30 yaş fərqi var.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...