"Bu biznesi Azərbaycanda ilk quran mən oldum” - Əməkdar artist İLKƏ İMZA ATDI (VİDEO)
01
may
2019
14:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın və Dağıstanın əməkdar artisti Ədalət Şükürov müğənnilikdən savayı özünə yeni biznes qurub. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, Azərbaycanda heç kimin etmədiyi bir biznesi o reallaşdırıb:"Müğənnilikdən qabaq dərman fabrikində, mətbuatda və bir neçə şirkətlərdə işlədim. İdarəçiliyin nə olduğunu bilirəm. Mənim turizm şirkətim, aptekim var idi. Müğənniliyə başlayandan sonra çatdırmırdım. Ona görə də bağladım.İndi hazırda smalta daşından gözəl əsərlər üzərində işləyirəm. Artıq bu işlə bağlı mənə müraciətlər var. Məsələn, Azərbaycanın milli xalçasını həmin smalta daşından yığa bilərəm. Bu işə biznes tərəfdən yanaşıram.İşimi Azərbaycanda olan bir çox arxeoloqlara göstərdim, dedilər ki, biz hələ belə şey görməmişik. Söylədilər ki, çətin bunu Azərbaycanda kimsə edə bilər. Amma onu mən Ədalət Şükürov edirəm. Bu biznesi Azərbaycanda ilk quran mən oldum”.
Oxşar xəbərlər
Ədalət Şükürov: Açığı deyim, bir az utandım... - VİDEO
Əməkdar artist Ədalət Şükürov yerli telekanallarda yaşanan qalmaqallardan narazılığını dilə gətirib.BAKU.WS xəbər verir ki, Nuranə Gülərin Lider TV-də təqdim e...