Brilliant Dadaşovanın həbs edilən bacısı oğlu bu məşhurun həyat yoldaşı olub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Brilliant Dadaşovanın bacısı oğlu Zaur Mahmudov həbs edilib.
BAKU.WS xəbər verir ki, Zaur Mahmudov sənətçinin bacısı Lalə Dadaşovanın oğludur. Eyni zamanda Zaur Əməkdar artist Mehriban Xanlarovanın keçmiş həyat yoldaşı olub. Onlar evləndikdən qısa müddət sonra boşanıblar.
Bir müddət əvvəl Elgiz Əkbərin proqramına qonaq olan Lalə Dadaşova keçmiş gəlini Mehriban Xanlarova ilə münasibətinin yaxşı olduğunu bildirib. O, əvvəl oğlu Zaurla Mehriban arasında yaş fərqi çox olduğundan evlənmələrinə icazə verməyib, lakin daha sonra razı olub. Cütlük övladı olmadığından ayrılıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğluna hökm oxunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Brilliant Dadaşovanın bacısı oğlu 5 il müddətinə azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlunun cinayət işi üzrə məhkəmə proses...