Brilliant Dadaşova: "Oğlumu ağlı kəsməmiş evləndirməli idik" - FOTO/VİDEO

Brilliant Dadaşova: Oğlumu ağlı kəsməmiş evləndirməli idik - FOTO/VİDEO
Video
Şou-biznes 289

Xalq artisti Brilliant Dadaşova yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS ki, aparıcı Ulvira Qarayevanın "Astar" layihəsinə qonaq olan ifaçı yeganə övladı Cahad Hacıyevdən danışıb. Xalq artisti oğlunun hələ də ailə qurmadığını bildirib:

"Oğlumu ağlı kəsməmiş evləndirməli idik. Çünki mən məclislərə gedəndə görürəm ki, oğlanlar 20-21 yaşında ailə qururlar. Mən də, atası da evlənsin deyə ondan küsürük. Elə olur ki, bir həftə üzünə baxmırıq, danışdırmırıq. Sonra nəsə olur, əriyirik, dayana bilmirik".

Xatırladaq ki, Xalq artistinin həyat yoldaşı, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev Səməd Vurğun adına Rus Dram Teatrının direktorudur. O, Dadaşova ilə 1988-ci ildə ailə həyatı qurub. Cütlüyün Cahad adlı bir oğlu var. O, 1990-cı il avqustun 9-da Bakıda doğulub.

Ətraflı videoda:

Son xəbərlər