Brilliant Dadaşova: "Kişiyə oxşamış biri deyir ki, guya məni..." - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə haqqında gəzən şayiələrə cavab verib. BAKU.WS xəbər verir ki, ifaçı “İnstagram” səhifəsində video yayaraq açıqlama verib:
“Bu yaxınlarda mənə bir video göndəriblər. Səsi kişi səsidir, amma qadın dedi-qodusu edir, şər-böhtan danışır. Videoda deyir ki, guya məni gəlib Bilgəhdən bağdan götürürmüş. O dəqiqə görünür ki, həmin insanın Bakının 32 kəndindən xəbəri yoxdur. Bilgəh başqa, Buzovna başqa yerdir. Bizim isə Bilgəhdə heç vaxt nə bağ evimiz, nə də evimiz olub. Nə də ki, heç bir gün də olsun Bilgəhdə qalmamışıq.
Bunu ona görə deyirəm ki, yalançı hekayələri uyduranda heç olmasa bundan gerçəkləri bilin ki, sizə qulaq asan insanlar arasında intellektual adamlar da var.
O biri kişiyə oxşayan deyir ki, bunlar beş-altı bacı idilər. Biz dörd bacıyıq. O dəqiqə bilinir ki, bu insanların ümumiyyətlə, informasiyası yoxdur, yalandan qondarma hekayələr danışırlar.
Biri də deyir ki, məni kimsə xalq artisti edib. Ona görə ki, guya mən kiminləsə görüşürmüşəm. Mən 23 ildən sonra Xalq artisti fəxri adını almışam.
Heç istedadım olmasa belə, bu qədər peşəkar musiqiçilər yetişdirməsəydim, sənətdə yeni səhifə açmasayadım, əmim Məlik Dadaşov xalq artisti, "Şöhrət" ordeni olan insan heç olmasa mənə xalq artisti adını verdirərdi. Mən xalq artisti adına səhnəyə çıxandan 23 il sonra layiq görülmüşəm.
Cəfəngiyat danışırlar. Əfsuslar olsun ki, bizim ana dilimizdə danışırlar. Ən qorxulusu budur. Bir ananın dünyaya gətirdiyi insanlardır. Heyf o ananın südündən”.
Oxşar xəbərlər
“Bəlaların səbəbi qadının qadınla, kişinin kişiylə yatmasıdır” – Akif İslamzadə ilə MÜSAHİBƏ
BAKU.WS məşhur müğənni Akif İslamzadənin Kulis.az-a müsahibəsini təqdim edir: - Akif müəllim, karantin günlərini necə keçirirsiniz? - Hamı necə mən də elə. Özüm...