Boa ilanı ilə pumanın ölüm-dirim mübarizəsi - FOTO

Boa ilanı ilə pumanın ölüm-dirim mübarizəsi - FOTO
Foto
Şou-biznes 2258

Təbiətdə çox nadir hallarda rastlanan boa ilanı ilə pumanın mübarizəsi kameralara tuş gəlib.

BAKU.WS xəbər verir ki, hadisə Argentinanın Salta vilayətində qeydə alınıb.

Yaşamaq uğrunda mübarizə uzun müddət çəkib. Lakin ilan pumanı çətin vəziyyətə salıb. Boa ilanı pumaya dolanaraq onu boğmağa başlayıb.

Taqətsiz qalan vəhşi üçün mübarizə məğlubiyyətlə nəticələnə bilərdi. Lakin ətrafda olan insanlar pumanın yardımına yetişib və onu ilandan xilas ediblər.

Qeyd edək ki, boa yatağanlar fəsiləsindən olan ilandır. Uzunluğu təqribən 4 m-dək olur. Metal parıltılı pulcuqlarının rəngi çox gözəl və dəyişkəndir.

Boa tropik Amerikada yayılmışdır. Meşədə, ağaclarda və yerdə yaşayır.

Əsasən gecələr ovladığı kiçik heyvan və quşlarla qidalanır.

Bütün yatağanlar kimi boa da ovuna sarılaraq onu boğur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər