Şəbnəm Tovuzlunun konsertində gərginlik - Köməyə mühafizəçilər gəldi (VİDEO)

Qalamqallı müğənni Şəbnəm Tovuzlunun konsertində gərgin anlar yaşanıb.
BAKU.WS-in goldnews.az-a istinadən verdiyi məlumata görə, müğənninin konsertində izdiham yaşanıb. Tamaşaçılara yaxınlaşan müğənniyə heyranları gərgin anlar yaşadıb. Şəkil çəkdirmək üçün müğənninin paltarını dartmağa başlayıblar. Sənətçini masadan buraxmaq istəməyiblər. Köməyə mühafizəçilər gəlib. Mühafizəçilər sənətçini səhnəyə yola salandan sonra tamaşaçılarla mühafizə əməkdaşları arasında söz-söhbət yaranıb.
AAAF Parkda 3 saat davam edən konsertdə boş masa olmayıb. Bilet ala bilməyənlər isə məkana daxil ola bilmədiyindən, konserti kənardan ayaq üstə izləməli olublar.
BAKU.WS
Oxşar xəbərlər
Polis dəhşətli qəzaya düşdüyü deyilən Şəbnəm Tovuzlunun yalanını ortaya çıxardı
Tanınmış müğənni Şəbnəm Tovuzlunun Mingəçevirdə planlaşdırılan konserti təxirə salınıb. BAKU.WS avtosfer.az-a istinadən xəbər verir ki, buna səbəb konsertə bil...
