Şəbnəm Tovuzlu: "Soruşan yoxdur ki, söydüyüm adam..."
01
iyl
2016
22:08
Medianın ən çox danışılan müğənnisi Şəbnəm Tovuzlu (Əsədova) İnstaqram profilini izləmək istəyən yeni istifadəçilər üçün bəzi qadağalar edib. BAKU.WS Primetime.az-a istinadın xəbər verir ki, 302 min "follow"eri olan Şəbnəm bunun səbəblərini belə izah etdi: "Bu günə qədər səhifəm hamıya açıq idi. Saxta profillər açıb təhqir yazanları bloka atmaqdan bezmişdim. Bir neçə gün bundan əvvəl paylaşdığım şəkillərin birinin altında yenə şəxsiyyətimə toxunan ifadələr yazıldı. Soruşan yoxdur ki, söydüyüm adam mənə nələr yazıb ki, mən də onu təhqir etmişəm. Həmin adam yazdığım söyüşlərdən də artığına layiqdir. Buradan hamıya səslənirəm. Əgər bir də səhifəmdə təhqir olunsam, polisə müraciət etməkdən başqa yolum qalmır. Mən də bəzi həmkarlarım kimi "internet qoçu"larını qanuni şəkildə cəzalandıracağam. Gündəm yaratmaq naminə yazdığım şərhi "skrin" edib xəbərə çevirən jurnalistlərə səslənib deyirəm ki, əgər işinizi qərəzsiz görürsünüzə, niyə təkcə mənim cavabımı oxuculara çatdırırsınız? Belə jurnalistika olmur. Şəxsi həyatıma bu qədər müdaxilə etmək səlahiyyətini onlara kim verib? Bu andan etibarən İnstaqram səhifəmə girişi məhdudlaşdırmışam. Və səhifəmi izləmək istəyən insanları seçim edib, qəbul edəcəm". Şəbnəm onu da vurğuladı ki, rekert saytlarda haqqında yazılan yalan xəbərlərin qarşısını almaq üçün Mətbuat Şurasına müraciət ünvanlayacaq. BAKU.WS
Oxşar xəbərlər
"Gelandewagen"li Şəbnəm Tovuzlu kirayədə qalırmış
Ötən gün "Gelandewagen" hədiyyə edildiyi deyilən müğənni Şəbnəm Tovuzlu (Əsədova) kirayədə yaşayırmış. Bu barədə ölkə.az-a sənətçiyə yaxın şəxslərdən biri məlu...