Blogger kimi tanınan Oqtay Bağırlı (oktayfason) əslində kimdir?
Sosial şəbəkələrdə oktayfason ləqəbi ilə tanınan blogger Oqtay Bağırlı 2021-ci ildə paylaşdığı ilk videolarla izləyicilərin diqqətini cəlb etməyə başlayıb.
İlk dövrlərdə onun zahiri görünüşünün tanınmış blogger Nikosayagiya bənzəməsi izləyicilər arasında həm maraq, həm də çaşqınlıq yaradıb. Bir çox izləyici onu Nikosayagi ilə səhv salıblar, hətta bu gün də Oqtay Bağırlı bildirir ki, küçədə və gündəlik həyatda onu tez-tez Nikosayagiya bənzədirlər.
Lakin zaman keçdikcə Oqtay Bağırlı öz üslubu, enerjisi və fərqli yumor anlayışı ilə izləyicilərin yaddaşında oktayfason kimi formalaşa bilib. Artıq onu izləyən kütlə Nikosayagi ilə deyil, məhz öz adı və obrazı ilə tanıyır.
Oqtay Bağırlının sosial mediaya gəlişi təsadüfi olmayıb. Onun sözlərinə görə, bu yol uşaqlıqdan gələn maraq və həvəsin nəticəsidir. İlk addımlardan etibarən məqsədi insanları güldürmək, gündəlik stressdən uzaqlaşdırmaq və maraqlı məzmun təqdim etmək olub.
Bu gün oktayfason sosial mediada gülməli, səmimi və izləyicinin özündən nəsə tapdığı kontenti ilə seçilir. Oqtay Bağırlı hazırda da izləyiciləri üçün maraqlı və əyləncəli videolar hazırlamağa davam edir və Azərbaycan sosial mediasında özünəməxsus yerini möhkəmləndirir.
Qalereya
Oxşar xəbərlər
Ebru Gündeş konsertdə estetik etirafı ilə gündəm oldu
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş konserti zamanı etdiyi açıqlama ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, sənətçi səhnədə estetik əməliyyat etdirdiyini...