Bir gecədə "Ayə, hareyə gedirsən"lə məşhurlaşan gənc bu dəfə başqa telekanalda

Bir gecədə Ayə, hareyə gedirsənlə məşhurlaşan gənc bu dəfə başqa telekanalda
Şou-biznes 3176
Sosial şəbəkələrdə AZTV-nin "Müasir Azərbaycan Gənci" (MAG) verilişinin efirə getməyən kadrlardakı ifası ilə bir gecədə məşhurlaşan Vüsal Rzasoy adlı gənc bu dəfə Lider" telekanalında qonaq olub.BAKU.WS Milli.Az-a istinadla xəbər verir ki, Murad Arifin "Status" verilişinə dəvət olunan gəncə maraq böyük olub.Aparıcının "Rokçusunzumu?" sualına Vüsal "Rokçu idim. İndi müxtəlif istiqamətlərdə axtarışdayam. Məsələn, bəzi folk musiqilər. Bu istiqamətdəyəm hal-hazırda" cavabını verib.Daha sonra Murad "İfanızdan sonra reaksiyalar birmənalı olmadı. Gözləyirdinzimi?" sualıyla Vüsala üz tutub:Vüsalın bu suala cavabı ifası qədər maraqlı alınıb:"Düşünməmişdim necə qarşılana bilər. Çünki mən bunu çox səmimi olaraq etmişdim. Sərt reaksiyalardan sonra mən çalışdım ki, o insanlara münasibətim dəyişməsin, dəyişmədi də!"BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər