Beyazıt Öztürk bu kanalla razılığa gəldi: 2 layihə ilə ekranlara qayıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun müddətdir efirlərdə görünməyən məşhur aparıcı Beyazıt Öztürk yenidən ekranlara qayıdır.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Öztürkün yeni kanalı bəlli olub.
Beyazıt daha əvvəl birlikdə çalışdığı Acun Ilıcalı ilə razlığa gəlib və TV 8 ekranlarında həm "Beyaz Show", həm də illər əvvəl yayımlanan "Passaparola" yarışmasını təqdim edəcək.
Məlumata görə, "Beyaz Show" 7-8 bölüm olaraq planlaşdırılıb.
Qeyd edək ki, "Passaparola" 2002-2004-cü illərdə Metin Uca, 2004-2005-ci illərdə Mesut Yar və M.Ali Erbil, 2010-2011-ci illərdə isə Metin Uca tərəfindən təqdim olunub.
Xatırladaq ki, "Beyaz Show"un ilk buraxılışı 22 il əvvəl yayımlanıb. 2018-ci ildə isə proqramın yayımı dayandırılıb.
Oxşar xəbərlər
"Bəzən özümü azərbaycanlı hesab edirəm" - Acun (VİDEO)
Türkiyənin "TV 8" telekanalının rəhbəri, tanınmış aparıcı, prodüser Acun Ilıcalı Azərbaycana olan böyük sevgisindən danışıb. BAKU.WS-in məlumatına görə, Acun İ...