Bel kəməri Vasifdən sonra Şəbnəmin başına bəla oldu - Müğənnini ələ saldılar
18
dek
2018
21:08
Müğənni Şəbnəm Əsədovanın (Tovuzlu) sosial şəbəkədə yayımladığı foto diqqət çəkib. BAKU.WS-in məlumatına görə, sənətçi məşhur "Gucci" brendinin kəmərini tərsinə bağlayıb. İfaçının bu hərəkəti izləyicilərinin də diqqətini çəkib. Onlar müğənniyə bununla bağlı sual ünvanlayıblar və onu ələ salıblar.
Xatırladaq ki, 2016-cı ildə Əməkdar artist Vasif Məhərrəmli paylaşdığı şəklə "Kəmərin yeri yoxdur" yazan izləyicisinə "Kəmər Stefano Riccidir, ay çuşka" cavabını vermişdi. Müğənninin izləyicisini təhqir etməsi uzun müddət sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.
BAKU.WS
Oxşar xəbərlər
Şəbnəm Tovuzlu yol hərəkəti qaydasını pozdu - VİDEO
Müğənni Şəbnəm Tovuzlu yol hərəkəti qaydalarını kobud şəkildə pozan məşhurların sırasına keçib.BAKU.WS xəbər verir ki, bunu təsdiq edən videonu müğənni öz “Inst...