Bazar gününə olan hava proqnozu açıqlandı

Bazar gününə olan hava proqnozu açıqlandı
Şou-biznes 1378

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Dekabrın 4-də bəzi yerlərdə mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq. Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütünundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Şahin Həbibov

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Sabah, noyabrın 29-da Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin...

9 Şou-biznes 12:29 28 noyabr 2016

Son xəbərlər