Barış Mançonun vəsiyyəti ölümündən 24 il sonra açıqlanıb - FOTO

Barış Mançonun vəsiyyəti ölümündən 24 il sonra açıqlanıb - FOTO
Foto
Şou-biznes 383

Barış Mançonun həyat yoldaşı Lale Manço Ahıskalı sənətçinin illər əvvəlki vəsiyyətini açıqlayıb.

BAKU.WS xəbər verir ki, Ahıskalı bu barədə Anadolu ajansının jurnalistinə açıqlamasında bildirib.

"Barış Mançonun 2023 əsəri ilə bağlı vəsiyyəti var. "2023-cü ildə 80 yaşında olacam. O vaxt bəlkə Doğukanın (oğlu) qolunda səhnəyə çıxıb simfonik orkestrin müşayiəti ilə 2023 əsərimi ifa edəcəm". Bu onun yerinə yetirilməsi lazım olan vəsiyyətdir və biz bunu mütləq reallaşdıracağıq", - Lalə Manço bildirir.

Barış Mançonun vəsiyyəti ölümündən 24 il sonra açıqlanıb - FOTO

Həyat yoldaşının sözlərinə görə, hələ də Manço sevənlər onu yolda görərkən qucaqlayıb ağlayırlar:

"Görüşdüyümüz Barış Manço sevənlərinə baxanda görürürük ki, həqiqətən də bu sevgi heç nə olmamış kimi davam edir. Hələ də məni yolda görüb boynumu qucaqlayıb ağlayanlar, balaca uşaqlar var. İndi bizim evimiz, bu yer muzeyə çevrilib. Təkcə yanvar ayında 13 min ziyarətçi gəlib. "Barış Manço Evi"nə 24 ildən sonra bir ayda 13 min adam gəlirsə, bu, sevginin davam etdiyini göstərir. Barış Mançonun həyatında şəxsi sürücüsü və ya mühafizəçisi olmayıb. Çünki "Məni xalqın sevgisindən qoruyacaq bir cangüdən düşünə bilmirəm. Məni qoruyan onların sevgisidir" deyərdi. Bu evi olduğu kimi saxlayıb, buranı "Barış Manço Evi"nə çevrilməsini istədik", - deyə Lale Manço bildirib.

Qeyd edək ki, Barış və Lalə Manço 1978-ci ildə evləniblər. Onların bu evlilikdən Doğukan və Batıkan adlı övladları var. Barış Manço 1999-cu il fevralın 1-də ürək tutmasından vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər