BAKU.WS 2017-ci ilin ən yaxşı xəbər portalı seçildi (VİDEO)
24
yan
2018
14:04
Ötən gün Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə “Azerbaijan Best Awards”(ABA) milli mükafatlandırma mərasimi baş tutdu!Gecədə müxtəlif sahələri təmsil edən şəxslər, o cümlədən də şou-biznesin ən məşhur simaları mükafatlandırıldı. Mərasimə təşrif buyuran tanınmışlar həm görünüşlərini həm də geyim-keçimləri ilə gecəyə damğa vurdular. Mükafatlandırmadan əvvəl qırmızı xalça üzərində əsl dəb yarışı yaşandı. Tədbirə qatılanlar sırasında xalq artistləri Faiq Ağayev, Firəngiz Mütəllimova, Məleykə Əsədova, Nazpəri Dostəliyeva, əməkdar artist Tünzalə Ağayeva, Naina İbrahimova, müğənnilər Nura Suri, Samirə Əfəndi, Səbinə Babayeva, Sevda Yahyayeva, jurnalistlər Elvin Elxan, BAKU.WS saytının rəhbəri Orxan Məmmədov, “Kəngərli Group”un təsisçisi Cəlal Kəngərli, stilistlər Elnur Həsənov, Nigar İbrahimova, modelyer Gülnarə Xəlilova, aktyor İslam Mehrəliyev, DYP sözçüsü Vaqif Əsədov və başqaları olub. Artıq 14 ildir Siz oxuyuculara Azərbaycanda və dünyada baş verən özəl xəbərlər, araşdırmalar, təhlillər, müəllif yazıları, məqalələr və eksklüziv müsahibələr təqdim edən ölkənin ən reytinqli və məşhur portalı BAKU.WS “Azerbaijan Best Awards” mükafatına layiq görüldü. Gecənin aparıcısı Samir Bayramov BAKU.WS saytının rəhbəri Orxan Məmmədovu səhnəyə dəvət edərək, ona mükafatı təqdim edib!Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Hər kəsin gözlədiyi "Azerbaijan Best Awards" milli mükafatlandırma mərasiminə 1 həftə qaldı
Bir çox ulduzların maraq dairəsində olan Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26 ci il dönümü münasibəti ilə keçrilən «Azerbaijan Best Awards» (ABA) milli...