BAKU.TV-nin aparıcısı serialdan ayrıldı: “Mən aktrisa deyiləm” - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Baku.TV-nin səhər proqramının aparıcısı Mələk Heydərova ARB telekanalında yayımlanan "Baldız" serialından ayrılıb.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, Mələk Heydərova serialın yaradıcı heyəti ilə işbirliyinə son qoyduğunu bildirib:
"Bəli, Mələk artıq serialda olmayacaq. Bunu üzülərək deyirəm. Bundan sonra məni serial və filmlərdə görməyəcəksiniz. Bu da mənim şəxsi istəyim və sağlamlığımla bağlıdır. Düşündüm ki, faydalı olmaq üçün bir sahədə çalışmaq lazımdır. Axı mən həmişə demişəm, mən telejurnalist-aparıcıyam, aktrisa deyiləm. Düşündüm ki, bütün gücümü sevdiyim işə həsr edim. Məlum məsələ, bizdə seriallarda böyük pullar yoxdu. Bir sözlə sevdiyim işlə məşğul olmaq istəyirəm. Bu, məncə ən düzgünüdür".
Qalereya
Oxşar xəbərlər
Aparıcı Mələk: “Mənim həyatımda kimsə olsa...” - VIDEO
BAKU.TV-nin efirində həftə içi beş gün saat 10:00-da yayımlanan "Baku Live" verlişinin aparıcısı Mələk Heydərova öz şəxsi həyatı barədə maraqlı açıqlama verib....