Bakılı nənələr gənc qızlardan şikayətləndilər: “İndikilər yaxşı qızıl, geyim-keçim istəyirlər” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.TV Balaxanı qəsəbəsindən reportaj hazırlayıb.
Reportajda qəsəbə sakinləri - Asiya, Yaqut və Xanım nənə qədim adət-ənənələrdən, ailə münasibətlərindən danışıblar.
İndiki gənc qızlardan şikayətlənən bakılı nənələrin sözlərinə görə, əvvəllər elçilik mərasimi də, toy da dəbdəbədən uzaq olub:
“O vaxt elçi gəlirdilər, “Hə” verilirdi. İndi başqa cürdür. İndikilər yaxşı qızıl, geyim-keçim istəyirlər”.Onlar əvvəllər boşanmaların da az olduğunu vurğulayıblar:
“İndi döyülən kimi qaçırlar, ər evində dayanmırlar. Əvvəl boşanma yox idi. İndi isə televiziyalarda boşanmaların sayının artdığı deyilir”.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...