Bakıda "Şam festivalı" keçirilib - FOTO

Bakıda Şam festivalı keçirilib - FOTO
Foto
Şou-biznes 136

Yaponiyanın Azərbaycandakı səfirliyi Bakının mərkəzində "Şam festivalı" keçirib.

Festival Yaponiya ilə Azərbaycan arasında dostluq İli çərçivəsində qeyd olunur və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.

Festivala Nara prefekturasından (Yaponiya) 3 mütəxəssis dəvət olunub. Prefekturanın özündə bu festival 1999-cu ildən keçirilir və 10 gün davam edir, ziyarətçilərin sayı 90 mindən çoxdur.

Bakıda festival çərçivəsində Yaponiyadan xüsusi olaraq gətirilən 2 100 şamdan istifadə olunacaq.

Qeyd edək ki, tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada iştirak edib.

Səfir jurnalistlərə müsahibəsində bildirib ki, festivalın əsas əhəmiyyəti insanların rifahı, sağlamlığı və firavanlığı üçün şamların yandırılmasıdır.

"Bu həftə biz 30 illik yubileyi qeyd etdik, bu, iki ölkə arasında əlaqələrin nə qədər güclü olduğunu göstərir. Avstraliyadan sonra Azərbaycan bu festivalın geniş miqyasda keçirildiyi ikinci yerdir", - o əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şengen vizasını necə almaq olar? – ÜSULLAR VƏ İMKANLAR

Şengen vizasını necə almaq olar? – ÜSULLAR VƏ İMKANLAR

Avropaya səyahət etmək, dünyaca məşhur şəhərləri gəzmək bir çoxlarının arzusudur. Bunun üçünsə ilk növbədə Şengen vizası almaq lazımdır. Şengen vizası barədə d...

2691 Şou-biznes 23:41 10 iyul 2017

Son xəbərlər