Bakıda 87 yaşlı kişi 78 yaşlı qadınla evləndi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
1 saylı Bakı DOST Mərkəzi tərəfindən evində səyyar sosial xidmət göstərilən ahıl vətəndaş ailə qurub.
BAKU.WS xəbər verir ki, 87 yaşlı vətəndaş Nadir Hüseynov bu gün 78 yaşlı Məsumə Dadaşova ilə nikaha daxil olub.
1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları bu şad günlərində də vətəndaşların yanında olublar. Onları təbrik etməklə yanaşı, nikah münasibəti ilə hədiyyələr də təqdim ediblər. Nikah 3 saylı ASAN Xidmət mərkəzində baş tutub.
Qeyd edək ki, 1 saylı Bakı DOST Mərkəzinin sosial xidmətçiləri tərəfindən Səbail rayon sakini olan Nadir Hüseynova yemək hazırlanması, zəruri ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər göstərilir.
Qalereya
Oxşar xəbərlər
Yazıçı: “Bizim qızlar sekssiz həyat keçirirlər” (FOTO)
Kulis.az Azərbaycanda ilk seks kitablarının müəllifi, yazıçı-publisist Allahverdi Eminovdan müsahibə götürüb.BAKU.WS-in marağa səbəb olan müsahibəni təqdim edir...