Bakı Dövlət Sirkinin orkestr heyətinin səyyar çıxışı baş tutub
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun illərdən sonra yeni fəaliyyətə başlayan sirk orkestr heyəti ilk musiqi nömrələrini ulu öndər Heydər Əliyevin anadan olmasının 98 ci ildönümünə həsr edib.
BAKU.WS xəbər verir ki, 16 nəfərdən ibarət olan sirk orkestr heyətinin çıxışı 10 may tarixində Zabitlər Bağında baş tutub.
Sirk orkestr heyətinin repertuarında 10-dan çox Azərbaycanın və dünya klassik musiqilərinə yer verilib.
Səyyar musiqi nömrələrində bəstəkar Rauf Hacıyev və dünya şöhrətli Müslüm Maqamayevin “Azərbaycan ” adlı əsərləri sirk orkestr heyətinin repertuarının əsasını təşkil edib.
Xatırladaq ki, ilk sirk orkestr heyəti 1945 ci ildə milli truppa ilə birgə fəaliyyətə başlayıb.
Daha sonra orkestr fəaliyyətini 1967- ci ildən 1987 ci illərə kimi davam edib. Və nəhayət uzun illərdən sonra Bakı Dövlət Sirki yenidən sirk orkestr heyətini formalaşdırıb. Bundan sonra da sirk orkestrı Bakı Dövlət Sirkində baş tutacaq proqramlarda fəaliyyətlərini davam etdirəcək, səyyar çıxışlarına daha çox yer veriləcək.
Oxşar xəbərlər
Texasın azərbaycanlı xanımı - Amerikalı ilə ailə quran admiral qızı
Kübar davranışında əsilzadələrə xas olan şuxluq və incə məqamlar çoxdur. İnsanla ünsiyyətdə elə rəftar edir ki, şahidi olduğun yüksək mədəniyyətdən zövq alırsan...