Bakıda sulu qar yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda sulu qar yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ
Şou-biznes 1210

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 30-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Axşam isə şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla yağması ehtimalı var. Güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə və gündüz 4-7 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 30-da bəzi yerlərdə arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti təşkil edəcək.

BAKU.WS

Oxşar xəbərlər

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Sabaha gözlənilən hava şəraiti açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlu...

2 Şou-biznes 12:48 22 noyabr 2018

Son xəbərlər