Bakıda onunla evlənməyən sevgilisini məhkəməyə verən qız danışdı: "Sənin kimi adam alçaqdı" (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
BAKU.WS xəbər verir ki, Bakıda qadın keçmiş sevgilisəndən şikayətçi olub. 30 yaşlı V.Ə iddia edir ki, keçmiş sevgilisi onu 5 il ərzində sevdiyini deyib. Ailə quracaqlarına inandırıb. Son vaxtlarda isə sözündən geri çəkilib.
Qadin deyir ki, sevgilisinin ailəsi ilə yaxşı münasibətləri olub. Anası onların evlənməsinə razı imiş.
Vətəndaş iddia edir ki, sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də hüquqlarının bərpa olunmasını istəyir.
İlk dəfə qarşılaşdığımız bu məsələni ictimaiyyətlə müzakirəyə çıxardıq.
Məsələyə peşəkar münasibətə gəlincə isə, hüquqşünas Xəyal Bəşirov bildirdi ki, Ailə Məcəlləsinə görə evlilik könüllü prinsiplər əsasında həyata keçirilir. Kimsə nikaha girməkdən vaz keçirsə, buna görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi doğru deyil.
Hüquqşünas bildirir ki, indiki halda qadın məhkəməyə şərəf və ləyaqətinin alçaldılması iddiası ilə müraciət edə bilər. Amma belə hallarda iddianı sübut etmək də çətin olur.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ŞOK OLAY: Ərə getməyən qız sevgilisini məhkəməyə verir
Femida.az -a vətəndaş tərəfindən müraciət daxil olub. Aygün Ələsgərova ( ad, soyad şərtidir) iddia edir ki, keçmiş sevgilisi ona ümid verib, sonra onunla evlənm...