Bakıda niyə göz-gözü görmür - Rəsmi AÇIQLAMA (FOTO)
21
yan
2019
13:59
Hazırda Bakıda və Abşeron yarımadasında duman müşahidə edilir. BAKU.WS xəbər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun direktor əvəzləyicisi Gülşad Məmmədova hadisə ilə bağlı sputnik.az-a açıqlamasında deyib ki, dumanın tədricən zəifləyəcəyi gözlənilir."Bu günlə yanaşı yanvarın 22-də də mövcud hava şəraiti, yəni duman müşahidə ediləcəyi istisna olunmur", - deyə o bildirib."Gecə və səhər saatlaırnda hava temperaturu arasında fərqin olmaması inversiya qatının yaranmasına səbəb olub. Hazırda bununla əlaqədar olaraq paytaxtda duman müşahidə edilir" - G.Məmmədova əlavə edib.Nazirlikdən verilən məlumatda mövcud hava şəraitinin toz qatı ilə əlaqəli olmadığı vurğulanıb.BAKU.WS
Oxşar xəbərlər
Növbəti iki gün üçün hava proqnozu açıqlanıb
Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrom...