Bakıda bu bina görənlərin DİQQƏTİNİ ÇƏKİR - VİDEO
Paytaxt Bakıda bir bina var ki, o görkəminə görə digərlərindən seçilir. Binanın özü köhnə tikili olsa da sarmaşıqla örtüldüyünə görə maraqlı görünüşü var və diqqət çəkir.
BAKU.WS xəzərxəbər-ə istinadən xəbər verir ki, Bakıdakı bu bina zahiri görünüşünə görə çox fərqlidir. İki mərtəbəli yaşayış binası sarmaşıqla örtülüb. Paytaxtın Sübhi Salayev küçəsində yerləşən tikili görənlərin diqqətini cəlb edir.
Binanı sarmaşığa bürüyən burdakı mənzillərin birində yaşayan 80 yaşlı Zaur Rəcəbovdur. Bağbanın israrına baxmayaraq Zaur Rəcəbov sarmaşığı əkdikdən sonra bitki xeyli inkişaf edərək gənişlənib və binanı necə deyərlər ağuşuna alıb. Dediyinə görə, əkdiyi ilk dövrlər sarmaşığa su verib. Bitki böyüdükcə ona xüsusi qulluq göstərməyib. Buna baxmayaraq sarmaşıq ildən-ilə daha da genişlənir.
Zaur Rəcəbov binanı öz əsəri hesab edir. Deyir ki, hər dəfə binaya baxanda xeyli fərəhlənir.
Zaur Rəcəbov deyir ki, şəhərdəki binaların çoxunu belə bəzəməklə onlara xüsusi gözəllik qatmaq olar.
Oxşar xəbərlər
"Rəna, evli adamam, gecə mənə yığma..." - Zaur onu rüsvay etdi
Xəzər TV-də yayımlanan "5 də 5" verilişində maraqlı anlar yaşanıb. Verilişin əvvəlində aparıcı Zaur ilə tamaşaçı arasında keçən dialoq hər kəsi güldürüb. Zaur...