“Bakı çox gözəldir” deyən dünya şöhrətli aktrisa Urqantın verilişində (VİDEO)

“Bakı çox gözəldir” deyən dünya şöhrətli aktrisa Urqantın verilişində (VİDEO)
Video
Şou-biznes 2641

Dünya şöhrətli italyalı aktrisa Ornella Muti "Veçernıy Urqant” verilişinin qonağı olub.

BAKU.WS xəbər verir ki, 61 yaşı olmasına rəğmən cazibədarlığını qoruyub-saxlayan  aktrisa cavan və gözəl qalmağının sirrini rus kökənli olması ilə əlaqələndirib.

Yeri gəlmişkən, qeyd edək ki, Ornella Muti 2013-cü ildə Bakıda "Crystall Plaza”da keçirilən San-Remo ulduzlarının konsertində aparıcı olub.

Hətta həmin ərəfədə İtaliyanın kino divası sosial şəbəkələrdə sözügedən konserti fantastik, Azərbaycanın paytaxtını isə çox gözəl adlandırmışdı. Məhz buna görədir ki, aktrisa 2015-ci ildə yenidən paytaxtımızın qonağı olmuşdu.

BAKU.WS  oxucularına İvan Urqantın aparıcılığı ilə, "Veçernıy Urqant” verilişinin Ornella Mutinin qonaq olduğu buraxılışını təqdim edirik:

Aytən.H

BAKU.WS

Oxşar xəbərlər

Şeykdən Urqanta səmimi etiraf: “İlk kişisiniz ki...” (VİDEO/FOTO)

Şeykdən Urqanta səmimi etiraf: “İlk kişisiniz ki...” (VİDEO/FOTO)

30 yaşlı super model İrina Şeyk Rusiyanın Birinci kanalında İvan Urqantın aparıcılığı ilə nümayiş olunan "Veçernıy Urqant” verilişində qonaq olub. BAKU.WS xəbə...

5380 Şou-biznes 12:27 06 sentyabr 2016

Son xəbərlər