Bahar Lətifqızı iş adamının təklifini rədd etdi: "Başqası olsaydı, qəbul edərdi" - VİDEO
28
fev
2019
17:55
Müğənni Bahar Lətifqızı 100 min manat borcu olduğunu açıqlayıb. BAKU.WS xəbər verir ki, sənətçi bu haqda "Səhər-səhər" verilişində deyib. O bildirib ki, ev alıb, amma pulunu ödəyə bilməyib:"İncəsənət adamı deyil, iş adamıdır. Evi var idi, satmaq istəyirdi. Bir məclisdə gördü, deyir, niyə mənim evimi almadın. Düzü, onun evini almağa gücüm çatmamışdı, ucuzun almışdım. Evin 83 minini verdim, 100 mini qalıb. Onu da verəcəm, bundan utanmıram. Toylarım var, oxuyub ödəyəcəm. Həmin iş adamı mənə dedi ki, sənin 100 min borcunu verirəm, hədiyyəm olsun. Cavab verdim ki, istəyirsən borcumu 3 yox, 1 ilə ödəyim? Ətrafında çox insan var, məni onların toylarına sal, özüm qazanım, sənə də dua edim. Başqası olsaydı, onu qəbul edərdi".AyselBAKU.WS
Oxşar xəbərlər
Bahar Lətifqızı efirdə hönkür-hönkür ağladı – VİDEO
ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti buraxılışının qonağı müğənni Bahar Lətifqızı olub.BAKU.WS xəbər verir ki, proqramın çəkiliş heyəti Bahar Lətifqızın...