Bacısı ilk dəfə Aygün Bəylərin vəsiyyətini açıqladı

Bacısı ilk dəfə Aygün Bəylərin vəsiyyətini açıqladı
Şou-biznes 1006

"Çadır toyuna gedib, necə oxuyubsa, görüb halı yoxdur. Ciyərləri ağrıyıb, səhəri həkimə yollanıb. Analiz, yoxlanış, qan, bütün metastaz görünüb. 2020-ci ildə 48 kiloqram olmuşdu. Biz xəstəliyini bilmirdik, gizlədib. Bir dostundan öyrəndik. Bacımla xəstəxanaya getdik, həkim soruşdu bacısısınız? Haradasınız, niyə gəlmirsiniz? Dedik, bilmirdik. İl yarım müalicə ilə qaldı. Ağrıları dəhşət olurdu".

BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova "Həftənin qonağı" verilişində deyib. O, xanəndənin xəstəliyindən danışıb. Zümrüd bildirib ki, A.Bəylər xəstəliyi ərəfəsində çox ağır günlər yaşayıb:

"Konsertdə rəngi sarı, boğuq idi. Sən demə, zəhər bütün bədəninə keçib. Qanı zəhərlənib. Bizi arxayın edirdi ki, yaşayıram, ölməyəcəyəm. Qızı ilə öz evində qalırdı".

Zümrüd bacısının son vəsiyyətini açıqlayıb:

"Dekabrın 31-də tədbirdən ağrı ilə gəldi. Ayın 1 və ya 2-si Türkiyəyə gedəcəkdi. Dedi ki, inanmıram oradan qayıdım. Uşağımı sənə tapşırıram, onu yüksək səviyyədə oxutdur. Ali təhsilli et. Ağlımıza gəlməzdi belə olar, yoxsa qoymazdıq. Özü bir rəfiqəsi ilə tək getdi".

Son xəbərlər