Baş ofisi Dubayda yerləşən Azərbaycan kanalında problem yarandı

Baş ofisi Dubayda yerləşən Azərbaycan kanalında problem yarandı
Şou-biznes 1490

 

Bir neçə gündür ki, Azərbaycanın AMC ("Azerbaijan Music Channel") musiqi telekanalının yayımında problemlər yaranıb. Telekanal, demək olar ki, heç yerdə göstərmir.

BAKU.WS xəbər verir ki, modern.az saytı bununla əlaqədar Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə əlaqə saxlayıb. MTRŞ-dən bildirdilər ki, kanalın Ümumrespublika televiziya yayımçıları siyahısında adı yoxdur. Ona görə də bu barədə heç nə deyə bilməzlər.

"Azərkosmos"dan bildirdilər ki, AMC kanalı "Azərspace-1" peyki üzərindən yayımlanır. "Bizim tərəfdən heç bir problem yoxdur. Ola bilsin ki, kanalın özündə problem var".

Qeyd edək ki, AMC kanalının baş ofisi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşir. Telekanal Azərbaycan, Rusiya, Türkiyə və Qərb ifaçılarının videokliplərini yayımlayır.

BAKU.WS

Son xəbərlər