Azərbaycanın ən yaraşıqlı oğlan və gözəl qızları seçilir (VİDEO)
21
dek
2017
13:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda “The Baku Fashion Star 2018” yarışması keçirilib. BAKU.WS-in məlumatına görə, yarışmada 75 nəfər iştirak edib. Yeniyetmə modellər bir-biriləri ilə yarışıblar. Onların geyimlərini və xarici görkəmini münsiflər heyəti qiymətləndirib. Modellərin arasında 8 dil bilən 15 yaşlı Daniel Əsgərov bildirib ki, gələcəkdə səfir olacaq: “Mən gələcəkdə səfir olmaq istəyirəm. Amma model kimi də karyerama davam etdirəcəm”. Daniel həm xarici görünüşü, həm də ağlı ilə Azərbaycanı təmsil edəcəyinə inanır. 18 yaşlı Məmmədova Türkanə isə deyir ki, gələcəkdə aktrisa olmaq istəyir: “Bu ildən modelliyə başlamışam. İnstaqram-da yarışmanı görüb gəlmişəm. Əgər seriallara təkliflər olsa qəbul edərəm. Ən çox döyüş filmlərində çəkilmək istəyərdim”. Türkanə “əgər sizi erotika filminə dəvət etsələr razılaşarsız” sualına müsbət cavab verib. Model əlavə edib ki, əsas sənətdir, hətta ödənilən məbləğ də vacib deyil.TuncayBAKU.WS 





























Oxşar xəbərlər
Azərbaycanın «Best Model of The World’ 2017 təmsilçisi bəlli oldu
Model Elxan Huseyn ölkəmizi Parisdə «Best Model of The World’ 2017-də təmsil edəcək08-12 dekabr arasında Fransanın paytaxtı Paris şəhərində , baş tutacaq modell...